Ədəbiyyatımızda İlk


  • Ən qədim zamanlardan başlamış Azərbaycan ərazisində məskunlaşan müxtəlif xalqların ən mükəmməl abidəsi e.ə İ minilliyə aid olan Zərdüştün "Avesta"sıdır
  • I minilliyin ilk ədəbi-bədii hadisəsi -"Dədə Qorqud " eposu.
  • Rübai janrından ilk dəfə istifadə etmiş şair- Qətran Təbrizi (XI)
  • Ədəbiyyatımızda ilk divan müəllifi (fars dilində) - Qətran Təbrizi (XI)
  • Ədəbiyyatımızda ilk poema (məsnəvi) -"Töhfətül-iraqeyn" X.Şirvani (XII)
  • Ədəbiyyatımızda ilk nəsr əsəri -Xaqani Şirvaninin məktublar.(XII)
  • Şahların zülümkarlığınna qarşı yazılmış ilk epik əsər -X.Şirvaninin "Mədain xərabələri qəsidəsi"(XII)

  • Ədəbiyyatımızda ilk süjetli poema -" Xosrov və Şirin " N.Gəncəvi.(XII)
  • İlk ideal qadın obrazı-Şirin Nizami Gəncəvi (XII)
  • ilk hökümdar qadın obrazı - "Xosrov və Şirin " poemasındakı Şirin obrazı N.Gəncəvi (XII)
  • İlk mənzum roman "Xosrov və Şirin" (N.Gəncəvi)
  • "Leyli və Məcnun " poeması yazan ilk şair -Nizami Gəncəvi (XII)
  • Şərq şeirinə ilk dəfə " LEyli və Məcnun həzəci"gətirmiş şair N.Gəncəvi.
  • İlk "Xəmsə" müəllifi -N.Gəncəvi (XII)
  • İlk dəfə ana dilindı şeiri bizə gəlib catan şairlər-İ.Hədənoğlu,Ş.Səfi (XIII)
  • Ana dilində ilk divan müəllifi Ş.Səfi (XIII)
  • Ana dilində ilk poemas " Dastani-Əhməd Hərami" vəQul Əlinin "Qisseyi-Yusif" poemaları.(XIII)
  • Ana dilində həzəc bəhrində yazəlmış ilk poema-"Dastani-Əhməd Hərami" (müəllifi naməlumdur) XIII
  • Azərbaycan dilində rübai yazmış ilk şair-Qazi Bürhanəddin.(XIV)
  • İlk dəfə tuyuqdan isdifadə etmiş şair -Qazi Bürhanəddin.(XIV)
  • İlk "Dəhnamə" müəllif-M.Övhədi.(XIV)
  • Ədəbiyyatımızda ilk dəfə iki gəncin dostluğu haqqında əsər yazmış sənətkar və əsərin adı-Əssar Təbrizinin "Mehr və Müştəri" poeması
  • Ana dilində ilk "Leyli və Məcnun" poeması yazan şairlər-Zəmiri və Həqiri Təbrizi.(XVI)
  • Ən qədim zamanlardan başlamış Azərbaycan ərazisində məskunlaşan müxtəlif xalqların ən mükəmməl abidəsi e.ə İ minilliyə aid olan Zərdüştün "Avesta"sıdır
  • Şahların zülümkarlığınna qarşı yazılmış ilk epik əsər -X.Şirvaninin "Mədain xərabələri qəsidəsi"(XII)
  • Ədəbiyyatımızda ilk süjetli poema -" Xosrov və Şirin " N.Gəncəvi.(XII)
  • "Divan"ına heca vəznli şeir də daxil edən ilk şair -Ş.İ.Xətayi.(XVI)
  • Heca vəznində şeir yazmış ilk şair -Ş.İ.Xətayi (XVI)
  • Epik əsərdə lirik şeirdən də istifadə edən ilk şair -Ş.İ.Xətayi (XVI)
  • İlk "Bahriyyə" yazan şair -Ş.İ.Xəyati (XVI)
  • Ədəbiyyatımızda ilk qoşma müəllifi Ş.İ.Xətayi (XVI)
  • Yazılı ədəbiyyatımızda ilk gəraylı müəllifi -Ş.İ.Xətayi.(XVI)
  • Ana dilində İlk  nəsr əsəri yazan şair -Məhəmməd Füzuli  (XVI)
  • Tərcümə əsəti olan ilk şair -Məhəmməd Füzuli (Hədisi-ərbəin) (XVI)
  • Bir əsərdə bir neçə bəhrdən isdifadə olunmuş ilk əsər " Leyli və Məcnun "(M.Füzuli)
  • Alleqorik poema yazmış ilk səsntkar -M.Füzuli
  • Ədəbiyyatımıza xəlqilik gətirən ilk şair .M.P.Vaqif (XVIII)
  • Realit poeziyanın baniisi -M.P.Vaqif (XVIII)
  • Nəsrlə yazılmış ilk müstəqil hekayə- " Kitab-Əsgəriyyə" (A.Bakıxanov) (XIX)
  • Tarixşünaslığın əsasə qoyulur - " Gülüstani-İrəm" A.Bakıxanov
  • Satiranın banisi -Q.Zakir,B.Şakir (XIX)
  • İlk komediya-M.F.Axundzadənin " Molla İbrahimxəlil kimyagər "komediyası (1850)
  • Dramaturgiyamızında ilk qərbli obrazı Müsyö Jordan-Mirzə Fətəli Axundzadə (XIX)
  • Realist nəsrin-ilk povestin banisi-Mirzə Fətəli Axundzadə  " Aldanmış kəvakib" povest ilə (1857)
  • Ədəbi tənqidin banisi M.F.Axundzadə məqalələri ilə
  • Ədəbiyyatımızda dramın banisi -M.F.Axundzadə "Hekayıti-xırs quldurbasan" əsəri ilə(1851)
  • Dram əsəri ilk dəfə səhnədə tamaşaya qoyulan sənətkar M.F.Axundzadə "Hekayəti Müsyö Jordan" (Sank -Peterburqda ailə teatrında)
  • Teatr səhnəmizdə ilk oynanılan dram əsərimiz "Hekayəti-Vəziri-Xani-Lənkarani"(M.F.Axundazə)(1873)
  • Aşıq şeirinə yeni növ-janr gətirən aşiq -A.Ələsgər(XIX)
  • İlk milli qəzət -"Əkinçi"Qəzeti (H.Xərdabi)(1875)
  • İlk faciə-"Müsibəti-fəxrəddin" faciəsi.N.B.Vəzirov (1896)
  • Ədəbiyyatımızda ilk alleqorik mənzum dram-"Çay dəsgahı" (C.Məmmədquluzadə)(X1889)
  • Milli uşaq dramaturgiyasının əsası qoyuldu-"Çay dəstgahı"(C.Məmmədquluzadə)
  • Azərbaycanda ilk ədəbi məktəb yaradan mətbuat praqnı -"Molla Nəsrəddin" jurnalı (1906-1931)
  • Mollanəsrəddinçi satirik şeir məktəbinin banisi-M.Sabir(XX)
  • M.F,Axundzadənin yaradcılığını ədəbiyyatımızda tədqiq edən ilk ailm F.Köçərli.(1911)
  • Xəbər,Məktub,elan,teleqraf,tapmaca,atalar sözləri kimi bədii formaları satirik gülüşə gətirən səsnətkar -C.Məmmədquluzadə (1906.
  • Ədəbiyyatımızda kicik hekayə janrının ilk böyük proqramı- "Poçt qutusu"  (C.Məmmədquluzadə)(1903)
  • Qarabağ münaqişəsinə həsr olunmuş ilk əsər "Kamança" pyesi (C.Məmmədquluzadə)(1920)
  • Ədəbiyyatımızda süjetli satirik şeirin yaradıcısı -M.Ə.Sabir (XX)
  • Taziyanə ,qırmanc,satirik marş,Bəhri-təvil,sual-cavab janrlarını ədəbiyyatımıza gətirən şair-M.Ə.Sabir (XX)
  • Səttarxanı şeirdə ilk dəfə bir milli qəhraman kimi təqdim edən şair M.Ə.Sabir "Səttarxana"(1908)
  • Azərbaycanda folklorşünaslığının baniləri -Ə.Xuluflu,H.Əlizadə,S.Mümtaz
  • Milli Romantik şeirin banisi -H.Cavid
  • Ədəbiyyatımızda ilk mənzum faci -"Ana"(H.Cavid)(1910)
  • Sonet,türkü və marş janrlarını ədəbiyyatımıza gətirən şair H,Cavid
  • Azərbaycan xalqının tarixi və milli taleyi probleminin bədii əsəri mövzusu kimi alan ilk əsər -"Od gəlini"C.cabbarlı
  • Azərbyacanda uşaq şerinin yaradıcısı A.Şaiq , A.Səhhət
  • Ən yeni dövr Azəbryacan poeziyasının banisi -S.Vurğun

49 yorum:

  1. cox sagolun deyerli melumatlar ucun

    YanıtlaSil
  2. Bilirdimm. Çünki ədəbiyyat tələbəsiyəm

    YanıtlaSil
  3. Mədain xərabələri qəsdidədir deməli epik yox lirik əsərdir

    YanıtlaSil
    Yanıtlar
    1. Xeyr siz səhv edirsiniz.Mədain Xərabələri qəsidə olsa da epik əsərdir.İçərisində hadisələr olan əsərlər epik əsər sayılır.Amma nəzm əsəridir.Yəni epik nəsr

      Sil
    2. Burda çox şey səhvdir.Məsələn satiranın banisi Qasım bəy Zakir yox məhz Seyid Əzim Şirvanidir

      Sil
    3. Xeyr sehv bilirsiniz mehz Qasim bey Zakirdir tenqidi satiranin banisi ise Mirze Elekber Sabirdir

      Sil
    4. Xeyir siz sehv deyirsiz.Satiranin esasi 19_cu esrin 40ci illerinde Q.Zakir qoyub mehz Zakir Seyid Ezimden evvel yasayib (1784_1857) sonra seyid ezim satiralari haqqinda melumat verilir.Diqqet etsek S.E.Sirvani(1835_1888)

      Sil
    5. Xeyir siz sehv deyirsiz.Satiranin esasi 19_cu esrin 40ci illerinde Q.Zakir qoyub mehz Zakir Seyid Ezimden evvel yasayib (1784_1857) sonra seyid ezim satiralari haqqinda melumat verilir.Diqqet etsek S.E.Sirvani(1835_1888)

      Sil
  4. cox sey oyrendim sagolun.bezilerini bilirdim ELA

    YanıtlaSil
  5. Yeni dersliklerde Axundovun 6 komediya yazdigi gosterilir.ilk dram kimi ise Nerimanovun 《Nadanliq》eseri gosterilir.

    YanıtlaSil
    Yanıtlar
    1. facədir "Nadanlıq" , ilk dram "Çay dəsgahı " C. Məmmədquluzadə

      Sil
  6. Ilk Azerbaycan dilinde Xəmsə yazan sənətkar kimdir

    YanıtlaSil
  7. Ana dilinde nesrle ilk müsteqil hekaye Kitabi-Esgeriyyedir. Nesrle ilk müsteqil hekaye Reşid bey ve Seadet xanımdır

    YanıtlaSil
    Yanıtlar
    1. İkisi de eyni sey oldu ki...Her ikisinin qarsısında yazmısız ilk musteqil hekaye.Biz ne bilek indi?

      Sil
    2. "Rəşid bəy və Səadət xanım" ana dilində yox, fransız dilindədir

      Sil
    3. İlk hekaye ise Nizami Gəncəvinin "sirler xezinesi"-ne daxil
      Olanlardır

      Sil
    4. İlk mənzum hekayə Nizami Gəncəvinin "Sirlər Xəzinəsi " poemasında olan hekayələrdir

      Sil
  8. Heqiqeten cox faydalidir oyrenirem en cox burdan super

    YanıtlaSil
  9. İlk facienin tarixi bes nə vaxtdır?

    YanıtlaSil
  10. Bunların bezileri sehvdir

    YanıtlaSil
  11. Bes ilk alleqorik nezmle pyes hansidir ?

    YanıtlaSil
  12. Realizmin əsasini kim qoyub xais eleyirem deyin?

    YanıtlaSil
  13. Ilk epik eser hansidir? Xais edirem cavablandirin

    YanıtlaSil
    Yanıtlar
    1. Məndə axtariram tapsan dede

      Sil
    2. Ana dilinde ilk epik nezm eseri Dastani Ehmed Herami

      Sil
    3. Epik eser= poema
      İlk poema da töhfetil iraqeyin

      Sil
  14. Çox əladır. Mən də şagirdəm. Müəllimim mənə ədəbiyyatda ilk olanları bizə tapşırmışdı. Mən də burdan yararlandım.

    YanıtlaSil
  15. Mədain xərabələri lirikdir çünki Əfzələddin Xəqani yalnız lirik növdə yazıb.

    YanıtlaSil
    Yanıtlar
    1. Xeyir sehv deyirsiz çünki Efzaleddin Xaqani ilk poema müellifidir bunun üçün epik növde de yazıb

      Sil
  16. Bes ilk defe edebiyyatımızda monoloqdan istifade eden?

    YanıtlaSil
  17. salam edebiyyatimizda ilk epik seir kimin terefinden yazilib

    YanıtlaSil
  18. Salam ilk satirik roman hansidir?

    YanıtlaSil
  19. heca vezninde ilk dram hansidir?

    YanıtlaSil
  20. Ümumiyyetle mene heca vezninde dram eseri deye bilersiz?

    YanıtlaSil
  21. Birde son olaraq kim satirik hekayeler yazib?

    YanıtlaSil