summativler

VI SİNİF ÜZRƏ


 AZƏRBAYCAN DİLİ II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ
1-5-ci suallar mətnlə bağlıdır.
ZARAFATIN SONU

Amerikanın Klivlend şəhərində yarləşən “General Elektric” şirkətində çox geniş yayılmış zarafat var idi. Şirkətə gələn hər yeni işçiyə ağ işıq yayan lampa düzəltməyi şərt qoyurdular. 1        Əslındə, şirkətin işçiləri belə bir lampanı düzəltməyin mümkün olmadığına əmin idilər.  2    Beləliklə, yeni gələn işçilər apardıqları təcrübələrin bir nəticə vermədiyini görəndə, insan təbiətinə uyğun olaraq, “Mən bacarmıram!” – deyir və təcrübələrinə son qoyurdular.   3   Ancaq 1928-ci  ildə bu işçilərdən biri,  39   yaşlı Marvin Pipkin “Mən bacarmaram!” yolu əvəzinə “Mən bacararam!” yolunu seçdi.   4   O, gecəsini-gündüzünə qataraq    5-6   günə məşhur fluoressent lampasını kəşf etdi.

1. Mətnin məzmununa uyğun gələn atalar sözünü göstər.
A) İş ilə zarafat olmaz.
B) Bacarmadığın işə “bacararam” demə.
C) Boyuna baxma, bacarığına bax.
D) Cəhd ilə siçan taxtanı dələr.

2. mətndən belə bir nəticə çıxarmaq olmaz.
A) İlk elektrik lampasını Marvin Pipkin kəşf edib.
B) Marvin Popkin XIX-XX əsrlərdə yaşamışdır.
C) Fluoressent lampası ağ işıq yayır.
D) Marvin Popkin 1889-cu ildə anadan olub.

3. “Onlar, sadəcə olaraq, yeni əməkdaşın ağ bayraq qaldırdığını görmək üçün bu zarafatı edirdilər” cümləsi nömrələnmiş boşluqlardan hansının yerinə uyğun gəlir?
A) 1        B) 2     C) 3     D) 4

4. “yol” sözü hansı cümlədə mətndəki mənada işlənmişdir?
A) Yolumuz uzaq olsa da, səyahətimiz maraqlı keçdi.
B) Buzqıran gəminin açdığı yoldan qayıqlar keçdi.
C) Asta gedən yorulmaz, yüyürən yoda qalar.
D) Bilik əldə etmək üçün əsas yol gərgin əməkdir.

5. Altından xətt çəkilmiş sözlər haqqında hansı doğrudur?
A) hər üçünü həm rəqəmlə, həm də sözlə yazmaq olar.
B) Hər üçünü Roma rəqəmləri ilə yazmaq olar.
C) Hər üçü sıra sayıdır.
D) Hər üçü miqdar sayıdır.

6. Hansı saylar Roma rəqəmləri ilə ifadə olunur?
A) müəyyən miqdar sayları
B) qeyri-müəyyən miqdar sayları
C) kəsr sayları
D) sıra sayları

7. Hansı cümlədə “onlarla” sözü say kimi işlənmişdir?
A) Sən bu gün onlara getməlisən.
B) Sən əvvəl onlarla məsləhətləş, sonra qərar ver.
C) Bu gün kitabxanaya onlarla əlyazma gətirildi.
D) Onlarla bizim aramızda heç bir ədavət yoxdur.

8. Hansı cümlədə numerativ söz yerinə görə düzgün işlədilməmişdir?
A) Yedii oğul istərəm, bircə dənə qız, gəlin.
B) Çoban yüz baş qoyunu yaylağa apardı.
C) Məclisə  cəmi iyirmi nəfər adam gəlmişdi.
D) Mağazadan iki top ipək parça aldım.

9.  Hnası cümlədə sayla işlənən ismin yazılışında səhvə yol verilib?
A) Milli Məclisdə bir sıra məsələlər müzakirə olundu.
B) Ötən il məhsul satışından xeyli gəlir əldə edildi.
C) Bədii kitabların tərcüməsində bir çox problem var.
D)  Azərbaycanda yüzlərlə tarixi abidə aşkar edilib.

10. Hansı bənddəki sayların ardıcıllığı verilmiş sıraya uyğun gəlir?
     yüzlərlə,   ikinci,    beş tam onda yeddi,  .......
A) onlarla, beşdə bir, üç tam onda yeddi
B) beş, bir sıra, IV
C) bir çox,  VII, bir tam yüzdə iki
D)  altıncı, beş-altı, üçdə iki

11. Roma rəqəmlərindən nə zaman istifadə edilmir?
A) Hökmdar adlarında sıra saylarını göstərmək üçün.
B) Əsrləri göstərmək üçün.
C) Siyahıların tərtibində sıra sayını göstərmək üçün.
D) İlləri göstərmək üçün.

12. Hansı cümlədə say işlənib?
A) O, bu gün çox gözəl görünür.
B) Ən az şagird bizim sinifdədir.
C) Onlar xeyli pıçıldaşdılar.
D) Çox danışma!

  
ƏDƏBİYYATDAN II BÖLMƏ ÜZRƏ KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ

Xəlil Rza Ulutürkün   “Gerbimiz – qəlbimiz” şeiri əsasında

1. Bənddə hansı bədii təsvir və ifadə vasitələri var?
    Qabaran tunc köksümüzdür qalxanımız, sipərimiz,
    Əvvəl-axır qıracağıq qart düşmənin belini biz.
    Alovlarda, çovğunlarda daim yaşa dolasıyıq,
    Od yurdunda od tükənsə, özümüz od olasıyıq.
A) təşbeh, bədii sual               B) epitet, mübaliğə, bədii sual
C) təşbeh, epitet, mübaliğə     D) təşbeh, epitet, bədii sual

2. Mətndə verilmiş “ərz” sözünün mənası nədir?
A) dəniz     B) yer    C) od     D) göy

3. Bəndin hansı misrasında bədii təsvir və ifadə bvasitəsi işlənmişdir?
    Yalnız qızıl alovlarla bəzəmədik gerbimiz,
    Aləm üçünŞ bəşər üçün məşəl tutduq qəlbimizi.
    Dedik: Bu Yer kürəsində nə qan, nə bir məzar olsun,
    Məzarlara gül qoymayaq, cahan özü gülzar olsun!
A) I və II       B) I və III      C) III və IV      D) II  və IV

4. Mətnin növünü müəyyənləşdirin:
A) nəqli   B) təsviri    C) mühakimə     D) məlumatlandırıcı

5. Misraların hansında epitet işlənmişdir?
A) Göy rəngimdə türklük yaşar – millətimin amalıdır.
B) Qızıl sünbül soraq verir, xırman-xırman bərəkətdən
C) Sən şəkil yox, nəfəsimsən, axan qansan varlığımda
D) Vətənimə can verməli mənim əzmim, mənim işim

6. Şeirin II bəndində verilmiş “əzm” sözünün mənası nədir?
A) ehtiyat    B) qətiyyət    C) güc    D) ucalıq

7. Aşağıdakı misralarda hansı bədii təsvir və ifadə vasitələri verilmişdir?
    Cavan palıd mən özüməm, kökü ərzin mərkəzində,
    Kökü burda, budaqları xan Arazın o üzündə.
A) epitet, bədii sual               B) təşbeh, bədii sual
C) təşbeh, mübaliğə               D) epitet, mübaliğə

8. Şeirin əsas mövzusu ilə bağlı fikri müəyyənləşdirin:
A) Bayrağımızdakı rənglərin mənasından danışılır.
B) Xalqımızın tarixindən danışılır.
C) Dövlətimizin müasirliyindən söhbət açılır.
D) Dövlətimizin rəmzi olan gerbimizdən danışılır.

9. Aşağıdakı misralarda hansı bədii təsvir vasitəsi və fakt əlaqələndirilmişdir?
    Səkkizgüşə ulduzumda səkkiz cənnət qapısı var,
    Yalnız oğul qeyrətiylə açılacaq bu qapılar.
A) təşbeh – say       B) epitet – yer       C)  təşbeh – ad      D) epitet – tarix

10. Şeirin idayası ilə bağlı fikri müəyyənləşdir:
A) Gerbimiz millətimizin tarixidir.
B) Gerbimiz mərd oğulların gücü, qüvvəsidir.
C) Gerbimiz müqəddəs məmləkətin bərəkətidir.
D) Gerbimiz xalqımızın şərəf və vüqarıdır.






  

5 yorum:

  1. Bölmə üzrə III

    FIRTINA

    Təbiəti qəribə bir sükut çulğamışdı.Hər səhər səs-səsə verən bülbüllər,torağaylar,bildiriçinlər ,nədənsə ,daha oxumurdular.
    Bu,firtına əlaməti idi.Dağın başındakı çəhrayı,gümüşü,mavi rənglərə çalan yüngül bulud təbəqələrindən aşağıda qıvrılmış ilana bənzər qara bir bulud üfüqdə sürünə-sürünə irəli hərəkət edirdi.
    Bu,fırtına buludu idi.
    Doğrudan da,bir an içində , sabahın bu nurlu çağında hava qaralırdı..Bir-birinin ardınca şimşək çaxdı.Qorxunc bir gurultu qopdu,sanki göy yerə tökülmək istəyirdi.Əvvəl xırda ,get-gedə iriləşən dolu yağdı.Elə yağdı ki,guya indi hər şeyi məhv edəcəkdi.
    Azacıq sonra birdən –birə buludların arxasından çıxan günəş gözqamaşdırıcı bir işıqla parlayıb yüksəldi.Güllərin,çiçəklərin,körpə budaqların bükülmüş boyunları dikəldi.Quşlar hamısı birdən dilə gəldi.
    Yenə üfüqlər saf,göylər şəffafidi,yenə dağın ağsaçlı məğrur başı vüqarla ucaldı.
    İşıq qaranlığa qalib gəlmişdi!



    1.Mətinin tipini müəyyən edin.
    A)Təsviri B) nəqli C)mühakimə

    2.“Çuğlamışdı”sözünü hansı sözlə əvəz etmək olar?
    ________________________________________


    3.Doğru yoxsa yanlış: D Y

    Axşamın alatoranlığı bir anda qatı zülmətə çevrildi.
    Əvvəl şimşək çaxdı ,sora yağış yağdı.
    Əvvəl iri yağan dolu getdikcə xırdalaşıb kəsdi
    Dolu güllərin, çiçəklərin, körpə budaqların boynunu əymişdi
    Fırtınadan sonra quşlar yenidən oxumağa başladı.

    4.Dağın başının qarla örtüldüyünü söyləməyə əsas verən məqamı göstərin.
    ___________________________________________________

    5.Mətindəki təsriflənməyən feilləri seçərək quruplaşdırın.

    Məsdər Feli sifət Feili bağlama








    6.Verilmiş feilləri təsiflənməyən formada işlədib atalar sözlərini tamamlayın.
    At,tut,qocal,boşalt,axtar
    1 İnsan ________aynaya
    2.Əl_________Əlidən qalıb.
    3.Eyibsiz dost_______dostsuz qalar.
    4.Dostun_____daş baş yaramaz

    7Nöqtələrin yerinə feilin təsriflənməyən formalarının şəkilçilərindən uyğun gələni artırıb yazın
    -an2 ,-mış4,-maq2,-anda2
    2.Biz azad ol.....istəyiriksə,qanunların qulu olmalıyıq.(Siseron)
    3.Hər tapşırıl.....işə görə yalnız bir nəfər məsuliyyət daçımalıdır.(Bismark)
    4.Həyat öt....günlər deyil,yadda qal....günlərdi.(P.A.Pavlenko)
    5İnsan ruhdan düş......onun atı da capabilmir.(Şərq məsəli)
    8.Feilin təsriflənən formalarını feili sifətə çevirib yazın.
    1.Əsər yazılacaq ____________________
    2.İş görüıəcək ____________________
    3.Məktub yazılasıdır ____________________
    4.Kitab oxunasıdır ____________________
    5Yol salınasıdır ____________________
    Ev tikilməlidir ____________________

    9.Tut ,al,kəs sözlərini ayrı-ayrılıqda məsdər,feli sifət,feili bağlama kimi cümlədə işlədin.

    10.Dördündən biri fərqlidir.
    A) qaçanda,yazılası,qaçır,yazan
    B)görər-görməz,görüləcək(ış),başlamaq,alar
    C)görüləsi,düşünməliyik,başlamadan,qoruyacaq.
    D)veriləsi(pul),oxunmuş(məktub),yazılmaq,deyir.

    11.Felin təsriflənməyən formalarını tapıb şəkilçilərini elə dəyişin ki,cümlənin məzmununa təsir etməsin.
    1.Mehman qayıdanda Əbülfətə rast gəldi.
    2Müəllim sinfə daxil olanda şagirdlər ayağa qalxıb salamlaşdılar.
    3.Həsən atını çapıb ordan uzaqlaşdı.

    YanıtlaSil
  2. Summativ 1
    1.Nağılı hissələrə ayırın,hər hissəyə ad verin.
    ______________________________________________________________________________________________________________________________________________________

    2.Hansı fikri filə aid etmək olmaz?
    A)Özünə çox güvənir. B) Etdiyi əməlin nəticəsini düşünür.
    C)Özündən zəifləri saymır. D)Öz hərəkətindən utanır.

    3.Filin xasiyyətindəki mənfi cəhətlər hansı məqamlarda üzrə çıxır?
    ______________________________________________________________________________________________________________________________________________________

    4.Arıların davranış və əməllərinə necə münasibət bəsləyirsiniz? Fikrinizi əsaslandırın.
    _________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

    5.Cümlədə hansı bədii ifadə vasitəsi işlənilib?
    Bir dəqiqənin içində filin bədəni şişib dama döndü.
    A)Bədii sual B)Təkrir C)Mübaliğə D)Litota

    6.Aşağıdakı cümlənin ifadəli oxusunda səsdə hansı calar duyulmalıdır?
    -Gəlin,nə kefiniz istəyir eləyin,sizdən qorxan yoxdur.
    A)saymazlıq B)kədər C) təəccüb D)sevinc

    7 Nağılla dastanın hansı oxşar və fərqli cəhətləri var? Venn diaqramında n istifadə edin.

    8Əsərdə qaldırılan başlıca problem,sizcə hansıdır?
    A)Heyvanların bir-birinə münasibəti B)Arıların igidliyi
    C)Xeyirlə şərin mübarizəsi D)Filin qorxaqlığı

    9.Əsərdəki başlıca fikir,sizcə ,nədir?
    _________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________
    10 Nağıl məndə hansı düşüncələr yaratdı?Yığcam esse yazın.
    ______________________________________________________________________________________________________________________________________________________

    YanıtlaSil
  3. Bu yorum yazar tarafından silindi.

    YanıtlaSil
  4. Bunların cevaplarınıda yazar mısın?

    YanıtlaSil
  5. Ədəbiyyat 7ci sualın cavabı nedir

    YanıtlaSil