SINAQ TESTLƏRİ


ƏDƏBİYYAT
TEST SINAQLARI № 2 – XI sinif (Ən yeni dövr – I mərhələ)


1. Bu fikirlərdən biri səhvdir:
A) M.Cəlalın  “Həyat hekayələri” kitabından 10 il sonra “Sadə hekayələr” kitabı nəşr olunur.
B) Publisistik əsərlərini onun bədii yaradıcılığının baş məşqi adlandırıla bilər.
C) Onun adı  XX əsr  Azərbaycan hekayəsinin  ustad yaradıcıları  ilə bir  sırada çəkilir.
D) C.Məmmədquluzadə , Ə. Haqverdiyevin hekayəçilik  ənənələrini uğurla  davam  etdirib.
E) Ədibin “Ötən günlər hekayələri” , “Günün hekayələri” , “Mətləb hekayələri” əsərlərində sovet dövrünün  açıq aşkar tənqidi verilmişdir.

2. M.Cəlal  aşağıdakı hekayələrindən hansılar  “Ötən günlər” hekayələri silsiləsinə aiddir?
1.      “Söyüd kölgəsi”       3. “İclas qurusu”
2.      “Bostan oğrusu”      4. “Elçilər qayıtdı”
5.”Pillələr”
A) 1,2,4           B) 1,3,5            C) 2,5   
 D)4,5              E) 2,3.4

 3. “Arıçılığı öyrənmək üçün Moskvaya gedən  bir tələbədən  Qabaqtəpə balını.... soruşublar.....”
Yuxarıdakı sətirlər hansı əsərdən götürülmüşdür?
A)”Qoltuq radiosu”        B) “Şaftalı söhbəti”
C) “Elçilər qayıtdı”         D) “Həkim cinayətov”
E) “İclas qurusu”

4. “Vaqif” dramı ilə bağlı xronoloji ardıcıllığı  düzün:
1. Gülnar  Vaqifin evinə gəlin köçür.
2. Xuraman Vaqifə xəyanət edir.
3. Vaqiflə Qacar üz-üzə gəlir.
4. Eldarla Qacar üz-üzə gəlir.
5. Vaqif “Bax” qəzəlini söyləyir.
A) 1,2,3,4,5     B) 4,5,3,2,1     C) 1,2,5,4,3
D) 1,5,3,2,4,     E) 5,4,3,2,1

5. Hansı roman XX əsr Azərbaycan kəndlisinin  taleyini  ümumiləşdirilmiş şəkildə əks etdirir?
A) “Açıq kitab”       B) “Bir gəncin manifesti”
C) “Yaşıdlarım”      D) “Təzə şəhər”
E) Dağlar dilə gəldi”

6. “Heydərbabaya salam”  poeması  haqqında  verilənlərdən  biri səhvdir:
A)  Poemada  süjet xətti yoxdur.
B) Əsər lirik poema olub, heca vəznində  yazılmışdır.
C) Poema 2 hissədən ibarət  olub, öz dilimizdədir.
D)  Əsərin birinci hissəsi realizmi, ikinci hissəsi isə  romantik duyğuları  əks etdirir.
E) Poemada, şairin  fikrincə, mərd, vətənpərvər  oğullar xalqı əsarətdən xilas edə bilər, Heydərbaba dağı da şairin  “uşaqlıq qibləgahı”  adlandırılmışdır.

7. Əsərləri xronoloji ardıcıllıqla düzün.
     1. “Yolumuz hayandır”
     2. “Təzə şəhər”
     3. “Açıq kitab”
    4. “Dirilən adm”
    5. “Bir gəncin manifesti”
     6. “Yaşıdlarım”
A) 1,5,4,3,2,6          B) 4,3,1,5,6    C) 4,5,3,6,2,1
D) 4,5,3,6,1,2          E) 1,5,4,3.6,2

8. Aşağıdakı sürətlərdən biri “Bir gəncin manifesti” əsərində mənfi obrazdır:
A) Mərdan            B) Yəhya     C) Bağır   
 D) Ağarəşid         E) Yaqub

9. Yazıçının  hansı hekayələrində həyatiliyi, təbiiliyi ilə yadda qalan obrazların timsalında  oxucu özünü və müasirlərini görə bilir?(Açıq test)
1. “Bostan oğrusu”       2 . “Vicdan əzabı”
3. Qonaqpərəst”           4. ”Pillələr”
5. “Fitnə”

10. M.Cəlal haqqında verilən fikirlərdən biri yanlışdır:
A) Böyük  Vətən müharibəsində cəbhələrdə iştirak etmişdir.
B) 1940- cı ildə  “ Füzuli şerinin  poetik xüsusiyyətləri” mövzusunda  namizədlik  dissertasiyasını  müdafiə etmişdir.
C) Bədii yaradıcılığa  nəsrlə başlamışdır.
D) Onun yüzillik  yubileyi YUNESKO səviyyəsində qeyd olunmuşdur.
E) Bakıda və Gəncədə adına küçələr var.

11. M.Cəlalın tərbiyəvi və ibrətamiz  mövzuda  yazdığı  hekayələr sırasına daxil deyil:
A) “Ləyaqət”          B) “İnsanlıq fəlsəfəsi”
C) “Xoşbəxtlik barəsində”     D) “Kərpickəsən”
E) “Yolumuz  hayandır”

12.  S.Vurğunun şeir kitablarını müəyyənləşdirin:
1. “Küləklər”       2. “Şairin andı”
3. “Fanar”        4. “Könül dəftəri”
5. “Ələmdən nəşəyə”    6. “Şairin ölümü”
A) 1,2,6     B) 3,4,5     C) 1,3,5    D) 2,5,6    E) 2,3,4

13. S. Vurğunun həyatı və yaradıcılığı ilə bağlı  yalnış  fikri müəyyən edin:
A) Nəzmlə yazılmış dramları var.
B) 1936-cı ildə  İ.V.Stalinin  qəbulunda “Rəhbərə salam” poemasını oxumuşdur.
C) İlk şeir kitabı “Şairin andı” adlanır.
D) 30-cu illərin  əvvəllərində 30 poemadan ibarət  “Azərbaycan” epopeyasını yazmaq istəmişdir.
E) Heca vəzninə daha çox üstünlük  vermişdir.

14. “Vaqif” dramı haqqında verilənlərdən hansı düzdür?
A) S.Vurğunun son dramıdır.
B) Əsərin əsas mövzusunu Azərbaycan xalqının XVII əsrin sonlarında xarici  qəsbkarlara  qarşı  mübarizə  təşkil edir.
C) Xalq mübarizəsinə  Vidadi başçılıq edir.
D) Eldar əsərin mənfi obrazıdır.
E) Müəllif  İbrahim xanla Vaqifin  münasibətini təsvir edərkən  özünün  M.C.Bağırovla olan əlaqələrinə haqq qazandırmışdır.

15. Fikirlərdən biri yalnışdır:
A) “Rəhbərə salam” şeirini Stalinə həsr etmişdir.
B) “Xanlar” dramında  Lenin  obrazı da canlandırılmışdır.
C) “Şairin  ölümü”  şeirini M.P.Vaqifə həsr etmişdir.
D) 1935 – ci ildə  “Azərbaycan” şeirini yazmışdır.
E) 1945 – ci ildə  Azərbaycan Elmlər Akademiyasının  ilk akademiklərindən olur.

16. “Təbiət ilhama çağırır məni” leytmotivi  hansı  əsərə  aiddir?
A) “Aygün” poemasına         B) “Muğan” poemasına
C) “Komsomol” poemasına   
  D) “Vətən keşiyində” şeirinə
E) “Şairin ölümü” şeirinə

17. Səhv fikri müəyyənləşdirin:
A) “Haqqın səsi” poemasında “İnsanın vətəni yer kürəsidir” ideyası təbliğ olunur.
B) “El bülbülü” şeiri Əbülfəz  Hüseynliyə ünvanlanmışdır.
C) “Səhəndiyyə” poeması   heca vəznində  yazılmışdır.
D) “Səhəndiyyə” poeması  Bulud Qaraçorlu Səhəndə cavab alaraq yazılmışdır.
E) “Şeir və hikmət” poemasını Şəhriyarın  fəxriyyəsi də hesab etmək olar.

18. Ə.Haqverdiyevin “Məhəmməd şah Qacar”  əsəri ilə “Vaqif” pyesi arasındakı oxşarlıq deyil:
A) Hər ikisi eyni tarixi hadisədən götürülmüşdür.
B) Hər ikisi 20-ci əsrin I yarısında  qələmə alınmışdır.
C) Hər ikisindən eyni tarixi şəxsiyyətin proobrazı yaradılmışdır.
D) Hər ikisi eyni ədəbi növdə - dramatik  növdədir.
E) Hər ikisi   eyni ədəbi janrda, faciə janrında  yazılmışdır.

19.  Şair  kimin  divanına üz tutmaqla “Şəhriyar” təxəllüsünü götürmüşdür?
A) S.Şirazinin            B) S.Vurğunun
C) M.Füzulinin           D) H.Şirazinin
E) C.Cabbarlının

20. S.Vurğunla  M.Şəhriyar hansı eyniadlı əsərin müəllifidirlər?
A) “Şairin ölümü”         B) “Azərbaycan”
C) “El bülbülü”             D) “Qaçaq Nəbi”
E) “Rəhbərə salam”

21. Hansı poemada  “İnsanın  vətəni yer kürəsidir” ideyası aparıcıdır?
A) “Səhəndiyyə”
B) “Haqqın səsi”
C) Qardaşım oğlu Hüşəngə”
D) “Stalinqrad  qəhrəmanları”
E) “Gecənin əfsanəsi”

22. M.Şəhriyar “Heydərbabaya salam” və “Səhəndiyyə” əsərləri  ortaq olmayan  bütün cəhətləri  müəyyənləşdirin.
1. Eyni dildə  yazılması.
2. Bəndlər şəklində  olması.
3. Epik poema  hesab  edilməsi.
4. Eyni janrda olması.
5. Eyni vəzndə olması.
A) 1,2,4,5      B)1,2,5     C) 2,3,5,    D) 3,4,5    E) 1,2,3

23. Hansı M.Şəhriyarın  nakam  məhəbbət  mövzusunda  yazdığı  lirik  şeirlərdən  hesab edilə bilməz?
A) “Behcətabad xatirəsi”
B) “Köynəyin qoxusu”
C)”Nişapurda günəş  batarkən”
D) “Dəli Pəri”
E) “Odda yanan pərvanə”

24. “O taydadır Şəki, Şirvan, Qarabağ,
        Bu  tayda da Məşkin, Əhər, Qaradağ.
        Bir-birlərin Arazdan  almış soraq.
        Araz bizi  ayırmadan dağlayıb,
        Son özü də gecə-gündüz ağlayıb.”
Bənd Şəhriyarın  hansı  əsərindəndir?
      A)    “Şeir və hikmət”
      B) “Qaçaq Nəbi”
      C) "Heydərbabaya salam”
      D)“El bülbülü”
      E) “Məmməd Rahim həzrətlərinə cavab”

25. S.Vurğunun tərcümələri və ən uğur qazandığı tərcümə:
1. S.Rustavelinin “Pələng  dərisi geymiş pəhləvan”
2. Sədi Şirazi  “Gülüstan”
3. N.Gəncəvi “Leyli və Məcnun”
4. Puşkin “Yevgeni Onegin”
5. N.Gəncəvi “Xosrov və Şirin”
6. M.Qorki “Qız və ölüm”
7. Çavçavedzi “Şair, “Vətən”
8. C.Cambul “Ellər baharı”
A) 1,3,4.6,7,8,   “Yevgeni Onegin”
B) 1,2,5,6,7,8  “Leyli və Məcnun”
C) 2,4,6,7,   “ Yevgeni Onegin
D) 1,5,6,8, “Leyli və Məcnun”
E) 2,3,4,7,8, “Yevgeni Onegin”

8 yorum: